Ərəb qrafikalı Azərbaycan əlifbası

Ərəb əlifbasını Türklər İslamiyətə keçdiyi ilk dövrlərdən bəri qullanmışlardır. Lekin 1924 ilində Sovet dövləti Türk ölkələrində ərəb əlifbasını qadağan etdiyi üçün Türk dilləri latın əlifbasına keçmişlərdir. Lekin 1928 ilində Türkiyə həm latın əlifbasına keçəndə Sovetlər hakimiyyəti altında olan Türk ölkələrində latın əlifbasını həm qadağan etdilər. Onun üçün Sovet hakimiyyətindəki Türk qövmləri kiril əlifbasına keçmişlərdir. İndi isə Azərbaycan Respublikası latın əlifbasını qullanmaqdadır. Lekin Güney Azərbaycanda halən ərəb əlifbası qullanılmaqdadır. Həmçinin əfqanistan türkləri və uyğur türkləri də ərəb əlifbasını qullanmaqdadırlar.
Ərəb hərfləri:

Bu əlifba sağdan sola doğru birləşik olaraq yazılar. 
Se (ث), he (ح), zal (ذ), zad (ض), za (ظ), ayn/əyn (ع) hərfləri fəqət ərəbcə mənşəli kəlimələr üçün qullanılar.
Əyn hərfi ərəb dilində qırtlaqdan çıqan vokali təmsil edər. Lekin Azərbaycan dilində heç tələffüz edilməz. Məsələn Əli, ərəb, osman kəlimələri yazılarkən əyn hərfi ilə başlanır.
Vokal hərflərin yazılışı:
  • A səsi kəlimə başında آ şəklində yazılar. Kəlimə ortasında və sonunda ا olaraq yazılar.
Ana: آنا, Adam: آدام, Baba: بابا, Qara: قارا
İstisna: vaxt (وخت), haq (حق)
  • Ə səsi kəlimə başında ا şəkində yazılar. Kəlimə ortasında isə hiç yazılmaz. Kəlimə sonunda ه olaraq yazılar.
Ət: ات, Gəl: گل, Mən: من, Çənə: چنه
  • E səsi kəlimə başında اﺋ olaraq, kəlimə ortasında və sonunda ئ olaraq yazılar.
Ev: ائو, El: ائل, Sev: سئو, Gecə: گئجه, Keç: کئچ
Ərəbcə mənşəli sözlərdə e hərfi heç vaxt yazılmaz
Ehtiyac: احتیاج, Ehtimal: احتمال, İstehsal استحصال
E və Y səsləri arqa arqaya gələndə e səsi yazılmaz.
Xeyr: خیر, Xeyli: خیلی
İstisna: deyil: دئییل
  • I və İ hərfləri kəlimə başında اﯾ, kəlimə ortasında və sonunda ی şəklində yazılar. 
İlan: ایلان, İşıq: ایشیق, Qızıl: قیزیل
Bə'zi ərəbcə mənşəli sözlərdə ı/i səsi yazılmaya bilər.
isim: اسم, imkan: امکان, kəlimə: کلمه
(ایسیم, ایمکان olaraq yazılmazlar)
  • O, U və Ü səsləri kəlimə başında او, kəlimə ortasında və sonunda و olaraq yazılar. 
Ordu: اوردو, Ulduz: اولدوز, Üçün: اوچون
Otaq kəliməsi اطاق olaraq yazılar.
Azərbaycan dilində o səsi fəqət ilk həcədə olar. (Rusca mənşəli kəlimələr xaric)
Bə'zi ərəbcə mənşəli kəlimələrdə ü səsi yazılmaya bilər. 
Mümkün: ممکن, mühüm: مهم, dünya: دنیا
(مومکون, موهوم olaraq yazılmazlar)
  • Ö hərfi başda اؤ, ortada və sonda ؤ olaraq yazılar.
Öz: اؤز, Ön: اؤن, Ölüm: اؤلم/ اؤلوم
Ö və V hərfləri arqa arqaya gələndə ö səsi yazılmaz.
Dövlət: دولت
Başqa qaidələr: 
  • ط səsi əslində ərəb dilində t ilə d arasında bir səs verir. Türkcə mənşəli kelimələrdə qalın vokallərdən (a, ı, o, u) öncə yazılan d səsi üçün qullanılabilər. (Bu qaidə Osmanlı Türkcəsində qullanılmış olsa da güney azərbaycan əlifbasında qullanılmaz)
Duz: طوز, Düz: دوز, Dış: طیش, Diş: دیش, Doğru: طوغری/ طوغرو, Daş: طاش
  • ص hərfi isə türkcə mənşəli kəlimələrdə qalın vokallərdən öncə gələn s səsi üçün yazıla bilər. Sus: صوص, Süs: سوس, Su: صو, Saxla: صاخلا
  • ط və ص hərfləri asla kəlimənin sonuna gələn eklərdə qullanılmaz.
  • Konsonant hərf ilə bitən eklərdə a hərfi yazılmaya bilər. Taşlar: تاشلر/تاشلار, Başdan: باشدن/ باشدان
  • A hərfi ilə bitən eklər də ه şəklində yazıla bilər. Ayda: آیده, Qapıda: قاپیده
  • Konsonant hərf ilə bitən eklərdə ı/i/u/ü səsi yazılmaya bilər. Əli-nin: علی-نن/علی-نین, Canım: جانم/جانیم, Qolum: قولم
  • İstisna -ır/ir/ur/ür eki: gəlir گلیر, qalır قالیر, Olur اولور kimi (Gələr və qalar və olar kəlimələri ilə qarışmaması üçün)
  • İstanbul türkcəsində ğ şəklində yazılıb da azərbaycan türkcəsində y şəklində yazılan kəlimələr گ şəklində yazıla bilər. Deyil: دئگیل/ دئییل, gəldiyi گلدییی/گلدیگی.
  • Eklərdə qullanılan u/ü səsləri ı/i kimi yazıla bilər: oldu: اولدو/ اولدی. Həmçinin doğru kəliməsi də طوغری şəklində yazıla bilər. (Bu qaidə Osmanlı Türkcəsində qullanılmış olsa da Güney Azərbaycan əlifbasında qullanılmamaqdadır)
  • Osmanlı Türkcəsində ئ vəؤ hərflərinin yerinə ی və و yazılar idi. Lekin ölmək kəliməsi أولمک şəklində yazılar idi. (Olmaq اولمق kəliməsi ilə qarışmaması üçün; Oldu: اولدی, Öldü: أولدی). Lekin e hərfi bə'zən heç yazılmaz idi. Değil: دگیل, Deniz: دڭیز, Eski: اسکی, Beş: بش, Geç: گچ, Yer: یر, Yeni: یڭی, Yeşil: یشیل...
  • Osmanlı Türkcəsində güney azərbaycan əlifbasından fərqli olaraq ڭ hərfi də vardır. Bu hərf ng səsini qarşılar. Lekin Türkiyədə latın əlifbasına keçiləndə bu hərf yerinə n yazılmağa başlanmışdır. Deniz: دڭیز Bana: باڭا, Senin: سنڭ, Ali'nin: علینڭ, Kalemin: قلمڭ, Son: صوڭ...
  • Bundan başqa Osmanlı türkcəsindəki bütün kəlimələr azərbaycan türkcəsindəki kimi yazılar. Kaçtı: قاچدی, Gidip: گیدب, Gelir: گلر, Ahmet: احمد, Vermek: ویرمک, haber: خبر. İstisna olaraq Azərbaycan türkcəsində x olub da istanbul yürkcəsində k olan kəlimələr ق (qaf) olaraq yazılar. Yok: یوق, çok: چوق. 
  • İstanbul türkcəsində için olaraq yazılan kəlimə osmanlı əlifbası ilə ایچون olaraq yazılar idi.
Ərəb əlifbasının avantajı: Görüldüyü kimi İstanbul türkcəsi və Azərbaycan türkcəsində latin əlifbası ilə fərqli yazılan bir çox kalimə ərəb əlifbasında eyni yazılar. Hətta digər türk dilləri ilə fərqli yazılan bir çox kəlimə də ərəb əlifbası ilə eyni yazılar. Azərbaycan türkcəsi: gələcək İstanbul türkcəsi: gelecek Türkməncə: geljek Özbəkcə: kelajak, Ərəb əlifbası ilə: گلجک, Özbəkcə olaraq: کلجک
Azərbaycan/İstanbul Türkcəsi: doğru, Türkməncə: dogry, Özbəkcə: to'ghri, Ərəb əlifbası ilə: طوغری.
Türkməncə: gyzyl, Azərbaycan Türkcəsi: qızıl, İstanbul Türkcəsi: kızıl, Ərəb əlifbası: قیزیل
Məsələn Tatarca küngel kəliməsini latin əlifbası ilə yazılanda heç kəs anlaya bilməz. Lekin bu kəliməni کوڭل şəklində yazılanda hər kəs tərəfindən gönül kəliməsi olduğu anlaşılar. Yani türk dilində danışan hər kəsin birbiri ilə anlaşa bilmələri üçün ərəb əlifbasını öyrənmələri lazımdır.

Yorumlar