Ərəb qrafikalı Azərbaycan əlifbası
Ərəb əlifbasını Türklər İslamiyətə keçdiyi ilk dövrlərdən bəri qullanmışlardır. Lekin 1924 ilində Sovet dövləti Türk ölkələrində ərəb əlifbasını qadağan etdiyi üçün Türk dilləri latın əlifbasına keçmişlərdir. Lekin 1928 ilində Türkiyə həm latın əlifbasına keçəndə Sovetlər hakimiyyəti altında olan Türk ölkələrində latın əlifbasını həm qadağan etdilər. Onun üçün Sovet hakimiyyətindəki Türk qövmləri kiril əlifbasına keçmişlərdir. İndi isə Azərbaycan Respublikası latın əlifbasını qullanmaqdadır. Lekin Güney Azərbaycanda halən ərəb əlifbası qullanılmaqdadır. Həmçinin əfqanistan türkləri və uyğur türkləri də ərəb əlifbasını qullanmaqdadırlar. Ərəb hərfləri: Bu əlifba sağdan sola doğru birləşik olaraq yazılar. Se (ث), he (ح), zal (ذ), zad (ض), za (ظ), ayn/əyn (ع) hərfləri fəqət ərəbcə mənşəli kəlimələr üçün qullanılar. Əyn hərfi ərəb dilində qırtlaqdan çıqan vokali təmsil edər. Lekin Azərbaycan dilində heç tələffüz edilməz. Məsələn Əli, ərəb, osman kəlimələri yazılarkən əyn hə...